"Metsamor" AES təmirdən sonra işini bərpa edib
"Metsamor" Atom Elektrik Stansiyası (AES) təmir işləri başa çatdıqdan sonra Ermənistanın enerji sisteminə qoşulub.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkədə məlumat verib.
"2026-cı il üçün planlı təmir işləri uğurla başa çatdıqdan sonra sentyabrın 1-də AES-nin ikinci enerji bloku yenidən işə salınaraq Ermənistanın vahid enerji sisteminə qoşulub. Enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və iş səmərəliliyinin artırılmasına yönəlmiş 20-yə yaxın mühüm tədbir həyata keçirilib", - o yazıb.
Onun sözlərinə görə, təmir işləri qrafikə uyğun olaraq 153 gün davam edib.
"Enerji bloku ştat rejimində işləyir, gücün tədricən artırılması müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq həyata keçirilir", - nazir qeyd edib.
Xatırladaq ki, aprel ayında "Rosatom"la əldə edilmiş istismar müddətinin uzadılması proqramı çərçivəsində "Metsamor" AES beş ay müddətinə enerji sistemindən ayrılmışdı.
Bu stansiya Ermənistanda elektrik enerjisinin əsas mənbələrindən biridir. Burada birinci nəsil "VVER-440" reaktorlu yeganə blok fəaliyyət göstərir, onun üçün yanacağı "TVEL" ("Rosatom"un tərkibinə daxildir) tədarük edir.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Qərbi Azərbaycan Xronikası: Cənubi Qafqazın yeni Çernobılı - “Metsamor”
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
-
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb













