Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Far.Az xəbər saytı

Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır


Rusiya və Monqolustanın sərhədyanı rayonlarında taunun təbii ocağı qalmaqdadır, onun yerləşdiyi rayonlarda epidemioloji vəziyyət sabitdir.

"Far.Az" xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib.

Təbii ocaq iki ölkənin ərazisində yerləşir və təxminən 29 min kv. km sahəni tutur, bununla belə, onun ərazisinin təqribən 60 %-i Monqolustanın payına düşür.

Rusiya və Monqolustan hər il təbii ocağın aktivliyinin monitorinqi üçün ərazidə birgə epizootoloji müayinələr aparır. İş zamanı, xüsusən də "Rospotrebnadzor"un səyyar epidemiyaya qarşı laboratoriyasından istifadə edilir.

Qurumdan qeyd edilib ki, birgə monitorinq sərhədyanı rayonlarda epidemioloji vəziyyətə nəzarət etməyə və təbii ocağın aktivliyindəki dəyişiklikləri vaxtında aşkarlamağa imkan verir.

Oxşar xəbərlər

Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
Vətən müharibəsinin görünməyən qəhrəmanı: PUA laboratoriyasından cəbhə xəttinə uzanan yol
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər