Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
İsrail İran tərəfindən hücum olacağı təqdirdə, özünü məhdudlaşdırmayacaq və İslam Respublikasının bütün infrastrukturuna, o cümlədən enerji obyektlərinə zərbələr endirəcək.
"Report" "Ynet"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats nazirliyin əməkdaşları ilə qarşıdan gələn yəhudilərin Yeni ili bayramı münasibətilə keçirilən görüşdə bildirib.
"Biz İranın məruz qaldığı güclü iqtisadi təzyiqin, həmçinin üsyan və rejimin süqutu qorxusunun onları çarəsiz addımlara sövq edə biləcəyinin əlamətlərini görürük", - Kats bildirib.
Onun sözlərinə görə, İran İsrailə zərbə endirəcəyi təqdirdə, Təl-Əviv cavab verəcək.
"İranın İsrailə hücumu bizi hər cür məhdudiyyətdən azad edərdi, biz bütün infrastruktura, o cümlədən enerji infrastrukturuna zərbə endirər və İranı daş dövrünə və qaranlığa qaytarardıq", - nazir hədələyib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
Edin Ceko milli karyerasını başa vuracağı tarixi açıqlayıb
-
Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb













