Almaniyada ilin əvvəlindən 165-dən çox təxribat halı qeydə alınıb
Almaniyanın Federal Cinayət Polisi İdarəsi 2026-cı ilin əvvəlindən avqustun sonuna qədər 165 təxribat qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı "Süddeutsche Zeitung" qəzetinin, eləcə də NDR və WDR teleradio şirkətlərinin birgə araşdırmasına istinadən məlumat yayıb.
Dəqiqləşdirilib ki, idarə bu kateqoriyaya təkcə sübuta yetirilmiş sabotaj hallarını deyil, eyni zamanda, daha geniş şübhəli insidentlər dairəsini, xüsusən də "dronlardan istifadə olunmadan kəşfiyyat faktları"nı aid edir.
Hesabata əsasən, bu halların əksəriyyəti Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Bavariya federal torpaqlarında baş verib. 2025-ci ildə idarələr 320 sabotaj şübhəsi halını qeydə alıblar.
İki gün ərzində Brandenburq və Şimali Reyn-Vestfaliyada elektrik təchizatı obyektlərinə hücumlar edilib. Hər iki halda cinayətkarlar güclü fişənglərə bənzəyən əldəqayırma qurğulardan istifadə ediblər.
Daha sonra Köln yaxınlığındakı Berqhaymda yerləşən yarımstansiyada nasazlıq baş verib və orada da buraxılış qurğuları və pirotexnika aşkarlanıb.
Prokurorluq bu halları terrorizm və ya konstitusiyaya zidd sabotaj kimi araşdırır. Müstəntiqlər hesab edirlər ki, hücumlar bir-biri ilə əlaqəli ola bilər. Onların arxasında kimin dayandığı hələlik müəyyən edilməyib.
Jurnal qeyd edib ki, bu insidentlər cari ilin yanvarında Berlində paytaxtın bir hissəsinin bir neçə gün enerjisiz qaldığı kütləvi elektrik kəsilməsini xatırladıb. O zaman mərkəzi güc kabelinin zədələnməsinə görə məsuliyyət solçu ekstremistlərin üzərinə qoyulmuşdu.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
-
Seneqallı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
Anar Bayramov Təranə Axundovaya yüksək VƏZİFƏ VERDİ













