İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"Report" komitəyə istinadən xəbər verir ki, İdarənin "Biləsuvar" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə soğan" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Kartof yükündə gizlədilən külli miqdarda dərmanın ölkəyə gətirilməsi qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var













