Xırdalanda obyektdə baş verən güclü yanğın söndürüldü
Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verib.
Far.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir-birinə bitişik yerləşən ümumi sahəsi 800 kv.m olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 240 kv.m olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65 kv.m sahədə və ümumi sahəsi 72 kv.m olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Yanğında xəsarət alan olmayıb.
Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub.
***09:25
Xırdalanda obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Far.Az-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Dərnəgüldə obyektdəki yanğın söndürüldü
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Gəncədə bir-birinə bitişik evlərdə baş verən YANĞIN SÖNDÜRÜLDÜ
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın SÖNDÜRÜLDÜ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var













