PISA 2025-in nəticələri sentyabrın 8-də açıqlanacaq
PISA 2025 tədqiqatının nəticələri 8 sentyabr 2026-cı il tarixində açıqlanacaq.
"Far.Az" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
O bildirib ki, Azərbaycan 2029-cu ildə keçiriləcək növbəti PISA beynəlxalq qiymətləndirmə tədqiqatında da iştirak edəcək: "Azərbaycanın PISA-2029-da iştirakı ilə bağlı artıq müvafiq müqavilə bağlanıb və rəsmi müraciət edilib. 2025-ci ildə keçirilən PISA tədqiqatında 91 ölkə iştirak edib. 2029-cu ildə isə iştirakçıların sayının təxminən 100-ə çatacağı gözlənilir".
Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin məktəbdə qazandıqları bilik və bacarıqları gündəlik həyatda, eləcə də gələcək təhsil və əmək fəaliyyətində tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq tədqiqatdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













