Sərdar Berdiməhəmmədov Ermənistana səfər edəcək
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrda Ermənistana səfər edəcək.
"Far.Az" Ermənistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir ki, bu, Türkmənistan lideri ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı zamanı məlum olub.
Söhbət zamanı tərəflər Ermənistan-Türkmənistan münasibətlərinin gələcək inkişafı və ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər.
N.Paşinyan və S.Berdiməhəmmədov ticari-iqtisadi əlaqələrin genişləndirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
"Nikol Paşinyan bu ilin oktyabrında Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) keçirilməsi mövzusuna toxunub və Sərdar Berdiməhəmmədovu Liderlərin sammitində iştirak etmək üçün Ermənistana dəvət edib. Türkmənistan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib", - məlumatda bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













