"Neo" BOKT nizamnamə kapitalını 73 % artırır
"Neo" ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1 milyon 1,7 min manat və yaxud 73 % artıraraq 1 milyon 372,7 min manatdan 2 milyon 374,4 min manata çatdırmağı planlaşdırır.
"Far.Az" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 3 710 manat olan 270 ədəd yeni səhm buraxılacaq. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, "Neo" 2007-ci ildən fəaliyyət göstərən "Finans İnvest" BOKT-un bazasında 2026-cı ildə yaradılıb. BOKT-un səhmdarları 60 % payla Elson Aydınov və 40 % payla Rəşad Səlimovdur.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
"MJ Financial Services" BOKT nizamnamə kapitalını artırır
"Finans İnvest" BOKT adını və təşkilati-hüquqi formasını dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI













