Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.
O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və "Sədərək" ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il həbs cəzası verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb













