TAP hidrogen və biometanın mövcud infrastrukturla nəqli imkanlarını qiymətləndirir
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) hidrogenin və digər aşağı karbonlu və ya bərpa olunan qazların, o cümlədən biometanın nəqli imkanlarını qiymətləndirir.
Bunu "Far.Az"a müsahibəsində "TAP AG" şirkətinin idarəedici direktoru Luka Skieppati (Luca Schieppati) bildirib.
Onun sözlərinə görə, TAP gələcək enerji ssenariləri nəzərə alınmaqla mövcud infrastrukturun istifadə və uyğunlaşdırılma yollarını öyrənir.
"Sistemin hidrogenin nəqlinə hazırlığı ilə bağlı 2021-ci ildə aparılmış ilkin tədqiqat TAP-ın gələcəkdə hidrogen qarışıqlarını nəql etmək potensialını təsdiqləyib. O vaxtdan bəri beynəlxalq laboratoriyada materialların ilkin sınaqları aparılıb, həmçinin yerüstü infrastruktur obyektlərinin hidrogenin nəqli üçün uyğunluğu qiymətləndirilib", - L.Skieppati qeyd edib.
İdarəedici direktor bildirib ki, hazırda texniki imkanları, zəruri şərtləri və sistemin gələcək istifadəsinin potensial variantlarını müəyyən etmək məqsədilə bu tədqiqatların nəticələri təhlil edilir.
"Biometana gəlincə, onun mövcud infrastrukturla əlaqəsi bir qədər fərqlidir: söhbət ilk növbədə biometandan TAP-ın obyektləri, xüsusilə kompressor stansiyaları üçün aşağı karbonlu yanacaq kimi istifadə imkanlarından, həmçinin qaz infrastrukturu ilə potensial uyğunluğunun qiymətləndirilməsindən gedir. Beləliklə, TAP həm alternativ qazların nəqli imkanlarını, həm də öz fəaliyyətinin nəticəsi olan karbon izinin tədricən azaldılması yollarını nəzərdən keçirir. Eyni zamanda, bu cür həllərin reallaşdırılması üçün texniki, tənzimləyici və kommersiya aspektlərinin daha da dərindən öyrənilməsi lazım gələcək. Hesab edirik ki, mövcud qaz infrastrukturu Avropanın enerji keçidinin dəstəklənməsində mühüm rol oynaya bilər", - o əlavə edib.
Müsahibənin tam mətni ilə bu linkvasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Luka Skieppati: "Avropa bazarının Azərbaycan qazına marağı yüksək olaraq qalır" - MÜSAHİBƏ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Luka Skiepatti: "TAP-ın infrastrukturunun hidrogen nəqlinə hazırlığı yoxlanılır" - MÜSAHİBƏ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər













