Nika Çitadze: Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur çox sürətlə bərpa olunur
Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur çox sürətlə bərpa edilir.
Bunu "Report"un Qərb bürosuna açıqlamasında gürcüstanlı jurnalist və bloqerlərdən ibarət qrupun tərkibində Azərbaycana səfər çərçivəsində Gəncəyə gələn Tbilisi Qara Dəniz Beynəlxalq Universitetinin professoru Nika Çitadze deyib.
O, bundan əvvəl Bakıda olsa da, Qarabağa və Azərbaycanın digər bölgələrinə ilk dəfə getdiyini söyləyib:
"Bu səfərlə bağlı təəssüratlarımın çox zəngin olduğunu deyə bilərəm. Azərbaycanın necə inkişaf etməsinin, xüsusilə də ərazi bütövlüyünü bərpa etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı layihələrin şahidiyəm. Həqiqətən, azad edilmiş ərazilərdə infrastruktur çox sürətlə bərpa olunur".
N.Çitadze beynəlxalq münasibətlər üzrə mütəxəssis kimi Qarabağ münaqişəsinin səbəbləri barəsində məlumatlı olduğunu vurğulayıb:
"Birinci və İkinci Qarabağ müharibələrini, onların səbəblərini və s. diqqətlə öyrənmişəm. İndi isə azərbaycanlı dostlarımızın dəstəyi ilə Qarabağda səfər etmək imkanı qazandıq. Müharibə dövründə azərbaycanlıların necə döyüşdüyünü, sülh dövründə isə o əraziləri necə bərpa etdiklərini gördüm. Fikrimcə, regionda yaradılan sülh şəraiti uzunmüddətli olacaq. Çünki münaqişənin yenidən alovlanması ehtimalı demək olar, sıfıra endirilib".
Professor daha sonra Azərbaycan-Gürcüstan münasibətlərinə toxunaraq, ikitərəfli əlaqələrin daha da dərinləşəcəyinə inandığını bildirib:
"Türkiyə-Azərbaycan münasibətlərini, dostluğu alqışlayıram. Eynilə Gürcüstan və Azərbaycan arasında olan münasibətlər də bu qəbildəndir. İnanıram ki, münasibətlərimiz və əməkdaşlığımız gələcəkdə daha da dərinləşəcək".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
Metsamor AES təmirdən sonra işini bərpa edib
-
Vens ABŞ-nin İrana təzyiq üçün gizli təxribat əməliyyatları keçirməsini mümkün sayıb - ƏLAVƏ EDİLİB
-
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir













