Dərnəgül dövrü BİTİR: Tikinti materialları ucuzlaşır?
"Tikinti materialları bazarının Dərnəgüldən "Abşeron" Ticarət Mərkəzinə köçürülməsi qiymətlərə təsir edəcək".
Far.Az xəbər verir ki, bunu əmlak və tikinti sektoru üzrə ekspert Firdovsi Xəlilov bildirib.
Ekspertin sözlərinə görə, Dərnəgülün əsas üstünlüyü ağır yükləri qəbul edən Keşlə stansiyasına yaxınlığı idi. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq və bu stansiyaları sərnişin daşınmaya yönəltmək addımları yük stansiyalarının Lokbatana köçürülməsi ilə nəticələndi və Dərnəgül bu üstünlüyü itirdi. İndi yük maşınları şəhər mərkəzindən keçir, tıxac çatdırılmanı gecikdirir. Müştəri vaxt itirir, daşıma xərci isə malın qiymətinə əlavə olunur.
"Taxta, dəmir, tikinti daşı kimi ağır materiallar satılan yer yük dəmiryoluna yaxın olmalıdır. "Abşeron" Ticarət Mərkəzi Lökbatandakı yük stansiyasının yaxınlığındadır. Materialın qiymətindəki yüksək və gərəksiz xərc elə ağır yükün stansiyadan bazara daşınmasındadır. Bu xərc azalanda qiymət də düşür", – F.Xəlilov deyib.
Ekspert bildirib ki, Dərnəgül artıq paytaxtın mərkəzi hissəsinə çevrilib və icarə haqları da buna uyğun bahadır. "Abşeron" Ticarət Mərkəzində isə icarə iki-üç dəfə ucuzdur. İcarəyə az xərcləyən satıcı malı da sərfəli qiymətə təklif edə bilir.
F.Xəlilovun sözlərinə görə, yeni məkanda 2000-dən çox sahibkar fəaliyyət göstərir, burada həm yerli, həm də xarici istehsal olan geniş çeşid təklif olunur.
"Alıcı üçün bir yerdə çox seçimin olması həm vaxta, həm də pula qənaətdir. Qiymətləri yerindəcə müqayisə edib ən sərfəlisini seçə bilir", – ekspert əlavə edib.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













