UEFA "Fənərbağça" və "Lion" arasındakı insidentlə bağlı cəzaları açıqlayıb
UEFA-nın Nizam-İntizam, Etika və Nəzarət Komitəsi Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" ilə Fransanın "Lion" komandaları arasında keçirilən oyundan sonra baş verən insidentlə bağlı qərar qəbul edib.
"Report" xəbər verir ki, İstanbul kollektivinin yarımmüdafiəçisi Matteo Genduzi 4, Liqa 1 təmsilçisinin qapıçılar üzrə məşqçisi Antonio Ferreyra isə 5 oyunluq diskvalifikasiya edilib.
Ferreyranın cəzasının 2 oyunu şərti xarakter daşıyır və onun üçün 1 illik sınaq müddəti müəyyənləşdirilib. "Fənərbağça"nın ingiltərəli vingeri Meyson Qrinvud isə 1 oyunluq şərti diskvalifikasiya olunub.
UEFA klublara və futbolçulara maliyyə cərimələri də tətbiq edib. "Lion" 108,5 min, "Fənərbağça" 95 min, Genduzi isə 30 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, insident avqustun 26-da keçirilən qarşılaşmadan sonra baş verib. 2:1 hesabı ilə qalib gələn "Fənərbağça" iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Matçdan sonra Genduzi komandasının turnirin əsas mərhələsinə yüksəlməsini nümayişkaranə şəkildə qeyd edib və tribunadakı azarkeşləri təxribata çəkməyə çalışıb. Tamaşaçılardan biri meydana daxil olmağa cəhd göstərsə də, təhlükəsizlik əməkdaşları buna imkan verməyib.
Genduzi tunelə doğru gedərkən "Lion"un qapıçılar üzrə məşqçisi Antonio Ferreyra ona hücum edib. Bundan sonra komandaların üzvləri arasında kütləvi dava düşüb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
DİN - Qarabağda nizam-intizam hər kəsin vətəndaşlıq borcudur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır













