PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub.
İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PSJ bu müddətdə Enrikenin rəhbərliyi altında iki dəfə Çempionlar Liqası titulunu (2024/25, 2025/26) və UEFA Super Kubokunu, üç dəfə Fransa çempionluğunu (2023/24, 2024/25, 2025/26) və Fransa Super Kubokunu qazanıb.
PSJ həmçinin iki dəfə Fransa Kubokunun (2023/24, 2024/25) sahibi olub.
Enrikenin parislilərlə əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. Bundan əvvəl o, İtaliyanın "Roma", İspaniyanın "Selta" və "Barselona" klublarının, eləcə də İspaniya millisinin baş məşqçisi olub. O, "Barselona"ya iki La Liqa titulunu, üç Kral Kubokunu, bir Çempionlar Liqasını, bir UEFA Super Kubokunu və bir FİFA Klublararası Dünya Kubokunu qazandırıb.
2015-ci ildə ispan məşqçi FİFA tərəfindən "İlin məşqçisi" seçilib. İspaniya milli komandası onun rəhbərliyi altında 2021-ci il Avropa Çempionatında bürünc medal qazanıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO













