SEPAH ABŞ-yə bağlı altı gəmini vurub
Far.Az xəbər saytı

SEPAH ABŞ-yə bağlı altı gəmini vurub


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir sıra gəmilərə qarşı zərbələr endirdiyini açıqlayıb.

Far.Az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Məlumata əsasən, boğazdan İran tərəfindən müəyyən edilmiş marşrutlardan kənar keçməyə cəhd edən üç neft tankerinə, eləcə də ABŞ-la əlaqəli üç gəmiyə hücum edilib.

İran tərəfi əməliyyatın ABŞ qüvvələrinin İran neft tankerlərinə qarşı həyata keçirdiyi zərbələrə cavab xarakteri daşıdığını bildirib. SEPAH həmçinin Hörmüz boğazından keçən gəmiləri icazəsiz marşrutlardan istifadə etməməyə çağırıb və bu cür hərəkətlərin təhlükəsizlik baxımından ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 5-də İranın üç neft tankerinin ABŞ qüvvələri tərəfindən vurulduğunu açıqlamışdı. CENTCOM-un məlumatına görə, bu addım SEPAH qüvvələrinin regionda patrul xidməti həyata keçirən iki ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücum etməsindən sonra atılıb.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər