Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb
Far.Az xəbər saytı

Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb


Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin strateji əhəmiyyətli obyektlərin - Berlin, Hamburq, Hannover, Düsseldorf, Köln, Leypsiq, Münxen, Frankfurt-Mayn, Ştutqart hava limanlarının, dəmir yolu vağzallarının, eləcə də Almaniya paytaxtındakı hökumət məhəlləsinin yaxınlığında yerləşdirilməsi nəzərdə tutulur.

Həmçinin potensial terrorçuların və ya agentlərin izlənilməsi üçün süni intellektin (üz tanıma, videomüşahidə sistemləri) tətbiqinin genişləndirilməsi planlaşdırılır.

Bundan başqa, Almaniya hakimiyyəti hakerlərin dövlət orqanlarının və ya şirkətlərin sistemlərinə daxil olmaq cəhdlərini aşkarlayacaq və qarşısını alacaq "Cyberdome" adlı kiberhücumlara qarşı milli mübarizə sistemi yaratmaq niyyətindədir.

Oxşar xəbərlər

Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər