Bakıda dəyişkən iş qrafiki nə vaxtdan tətbiq olunacaq? - VACİB AÇIQLAMA
"Dəyişkən iş qrafikinə keçid Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərindən biridir. Proqrama əsasən, bu istiqamətdə müvafiq mexanizmin hazırlanması 2026-cı il ərzində başa çatdırılmalıdır".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 2027-ci ildən etibarən Azərbaycanda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı konkret addımların atılması mümkündür:
"Hazırda bu sahədə beynəlxalq təcrübə öyrənilir və Dövlət Proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar tərəfindən mexanizmin hazırlanması ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.
Dəyişkən iş qrafikinin tətbiqində əsas məqsədlərdən biri xüsusilə iri şəhərlərdə nəqliyyat sıxlığının və tıxacların azaldılmasıdır. Bunun üçün dövlət sektorunda müxtəlif sahələr üzrə işə başlama və işdən çıxma saatlarının fərqləndirilməsi nəzərdə tutulur.
Bu mexanizmin özəl sektorda tətbiqi ilə bağlı da müvafiq tövsiyələrin hazırlanması mümkündür. Özəl müəssisələr fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq bu tövsiyələrdən yararlana bilərlər. Lakin ilkin mərhələdə əsas diqqətin dövlət sektorunda müxtəlif sahələr üzrə dəyişkən iş qrafikinin tətbiqinə yönəldilməsi gözlənilir.
Bu istiqamətdə Avropa ölkələri də daxil olmaqla müxtəlif dövlətlərin təcrübəsi öyrənilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanacaq mexanizmin Azərbaycanda mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
Dəyişkən iş qrafikinin tətbiqi nəticəsində fərqli sektor və müəssisələrdə işə başlama saatları eyni olmayacaq. Beləliklə, işçilərin eyni vaxtda yollara çıxmasının qarşısının alınması, nəqliyyat yükünün gün ərzində daha bərabər bölüşdürülməsi və xüsusilə pik saatlarda tıxacların azaldılması hədəflənir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













