Yalçın Rəfiyev: İqlim dəyişikliyi yalnız dayanıqlılığı deyil, həm də diplomatiyanı sınağa çəkir
İqlim dəyişikliyi yalnız dayanıqlılığı deyil, həm də diplomatiyanı sınağa çəkir.
"Report"un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Bakı İqlim Həftəsi 2026"nın açılış nitqində deyib.
Nazir müavini bildirib ki, geosiyasi qarşıdurmaların, parçalanmanın və etimadın azalmasının hökm sürdüyü bir dövrdə iqlim dəyişikliyi heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi bir çağırış olaraq qalır: "COP29 çərçivəsində əldə etdiyimiz təcrübə göstərdi ki, mövqelər bir-birinə zidd göründüyü zaman belə diplomatiya nəticə verə bilər".
Onun sözlərinə görə, hazırkı tədbir olduqca ağır bir mənzərə fonunda baş tutur: "Nepal və Çində baş verən dağıdıcı daşqınlar və torpaq sürüşmələri insanların faciəvi şəkildə həlak olmasına və böyük insan iztirablarına səbəb olub. Bu faciələr bizə xatırladır ki, iqlim dəyişikliyi artıq sabah üçün verilən xəbərdarlıq deyil, milyonlarla insan üçün bu günün reallığıdır".
Y.Rəfiyev əlavə edib ki, İqlim Həftəsi COP31-ə doğru əvəzsiz olacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
"Fars": İran ABŞ-yə qarşı sanksiyalar tətbiq etməyə başlayıb
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib













