Nazir müavini: COP29-da Azərbaycan şəffaflığın önəminin artırılması istiqamətində fəal çalışıb
COP29-da Azərbaycan şəffaflığın siyasi səviyyədə əhəmiyyətinin artırılması istiqamətində fəal çalışmışdı və bu dinamikaı qorunmalıdır.
"Report"un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin "Enerji Keçidi, İqlim Maliyyələşməsi və Sənaye Karbonsuzlaşdırılması" mövzusuna həsr olunmuş günün açılış nitqində deyib.
Nazir müavini bildirib ki, COP29-da Azərbaycan tərəfləri ilk İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə təşviq etmişdi.
"Biz həmçinin inkişaf etməkdə olan ölkələrə Gücləndirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsində dəstək göstərmək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasını təsis etdik. İndi bu dinamikanı qoruyub saxlamaq lazımdır. Biz fürsət ikən tərəfləri ikinci İkiillik Şəffaflıq Hesabatlarını vaxtında hazırlamağa və təqdim etməyə çağırıram".
Yalçın Rəfiyev qeyd edib ki, COP31 bu mənada geniş siyasi məsuliyyət daşıyır.
"Antalya dünən əldə edilmişləri yenidən müzakirə etdiyimiz bir məkan olmamalıdır. COP31 bu müzakirələrin nəticələrinin həyata keçirilməsinə yol açmalıdır. Bunun üçün isə etimad lazımdır".
O çıxışının yekununda iştirakçılara çağırış edib.
"Gəlin Bakı İqlim Fəaliyyəti Həftəsindən fərqləri azaltmaq, tərəfdaşlıqlar qurmaq və uğurlu COP31 üçün siyasi şəraitin formalaşmasına töhfə vermək məqsədilə istifadə edək. Azərbaycan çoxtərəfliliyi müdafiə edərək, körpülər quraraq bütün tərəflərə Antalyada ambisiyalı, balanslaşdırılmış və həqiqətən icraya yönəlmiş nəticənin əldə olunmasında dəstək göstərərək fəal tərəfdaş olaraq qalacaq".
YENİLƏNİR
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













