Vüqar Gülməmmədov dövlət auditinin rəqəmsallaşdırılmasına dair tapşırıqlar verib
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət auditinin rəqəmsallaşdırılması və auditdə süni intellektin tətbiqi üzrə işlərin sürətləndirilməsi, yarana biləcək çətinliklərin müəyyən edilməsi və onların həll olunması ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, qurumun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında həyata keçirilmiş dəyişikliklər və yeni qəbul edilmiş "Dövlət Auditi" informasiya sistemi haqqında" Əsasnamə ilə bağlı geniş iclas keçirilib.
Tədbirdə çıxış edən V.Gülməmmədov qanunvericilikdə aparılan dəyişikliklərin qurumun fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib, bildirib ki, hüquqi bazanın daim təkmilləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması Hesablama Palatasının qarşısında duran əsas istiqamətlərdəndir.
Sədr çıxışında dəyişikliklərin mahiyyəti və onların Palatanın fəaliyyətinin müxtəlif istiqamətlərinə təsiri barədə ümumi məlumat verib.
Sonra Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova təqdimatla çıxış edib. Təqdimat zamanı qanunvericilikdə edilmiş dəyişikliklər və yeni qəbul edilmiş "Dövlət Auditi" informasiya sistemi haqqında" Əsasnamə barədə məlumat verilib. Həmçinin dəyişikliklərin praktiki tətbiqi, aidiyyəti struktur bölmələrin fəaliyyətində nəzərə alınmalı məqamlar və normativ tələblərin icrası ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Daha sonra Hesablama Palatasının Aparat rəhbəri Tamerlan Yusif-zadə "Dövlət Auditi" informasiya sistemində görülmüş işlər və qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib. O, təqdimat zamanı sistem üzrə artıq görülmüş işlər, yaradılmış funksional imkanlar və əldə olunan nəticələr barədə məlumat verərək, qarşıdakı mərhələdə sistemin daha da təkmilləşdirilməsi, yeni funksional imkanların yaradılması və audit proseslərinin rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













