Biri 13, digəri 12 il müddətinə həbs edildi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin barələrindəki cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi keçirilən yekun iclasda hökm oxunaraq Anar Məmmədli 13, Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Anar Məmmədlinin 14, Anar Abdullayevin isə 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, A.Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
2026-cı ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullayevin qaydalara əməl etmədiyini əsas gətirərək onun məhkəmə zalında həbs olunmasını istəyib.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Anar Abdullayev məhkəmə zalında qandallanıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər













