Məhkəmə qərarı ilə bağlı müəmma: Fidan Abbasova narkoloji qeydiyyata alınmır?
Özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində, hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasovanın narkotik vasitədən istifadəsi ilə bağlı məsələ yenidən gündəmə gəlib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, F.Abbasovadan götürülmüş bioloji nümunənin müayinəsi zamanı THC (+) aşkarlanıb. Respublika Narkoloji Mərkəzinin müvafiq rəyində də bu fakt öz əksini tapıb. Eyni zamanda, onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi və məcburi müalicəyə ehtiyacının olmadığı, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məqsədəuyğun olduğu göstərilib.
Məsələ ilə bağlı aparılan məhkəmə araşdırması nəticəsində F.Abbasovanın İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmiş hesab olunub. Birinci instansiyanın qərarı sonradan apellyasiya instansiyası tərəfindən də qüvvədə saxlanılıb.
Diqqətçəkən məqam isə bundan sonrakı proseslə bağlıdır.
Belə ki, F.Abbasovanın ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasının məqsədəuyğun olduğu göstərilsə də, bu prosedurun faktiki olaraq həyata keçirilib-keçirilmədiyi barədə açıq məlumat yoxdur.
Bu halda sual yaranır: Fidan Abbasova narkoloji dispanserdə profilaktik qeydiyyata alınıbmı?
Əgər alınmayıbsa, bunun səbəbi nədir? Müvafiq prosedurun həyata keçirilməsinə hansı qurum cavabdehdir və məsələ ilə bağlı indiyədək hansı tədbirlər görülüb?
Oxşar xəbərlər
Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib













