Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib


Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Far.Az"un məlumatına görə, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən yarışın açılış mərasimi "Climb Baku" İdman Dırmanma Mərkəzində baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Alpinizm Federasiyasının prezidenti Ağakərim Səmədzadə idman dırmanmasının beynəlxalq səviyyədə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın bu idman növündə əsas hədəfinin beynəlxalq yarışlarda uğur qazanan idmançılar yetişdirmək olduğunu vurğulayıb.

Xatırladaq ki, çempionatda 16 yaş və yuxarı qadın və kişi idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparırlar.

Yarışın ilk iki günündə idmançılar çətinlik, 24-25 oktyabrda bouldering növü üzrə təsnifat və final mərhələlərində yarışacaqlar. Çempionat oktyabrın 25-də qaliblərin mükafatlandırılması və rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər