Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Kamerunda keçirilən "International Challenge" seriyalı "Cameroon International 2026" turnirində qızıl medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından "Far.Az"a verilən məlumata görə, qadın badmintonçuların şəxsi kateqoriyasında mübarizə aparan idmançı yüksək reytinqinə görə yarışa 1/8 final mərhələsindən başlayıb.
K. F. Zəhra ilk görüşündə Uqanda təmsilçisini, 1/4 finalda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) badmintonçusunu məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda da BƏƏ təmsilçisi ilə qarşılaşan badmintonçu rəqibini hər iki setdə üstələyərək finala vəsiqə qazanıb.
Həlledici görüşdə yenidən BƏƏ idmançısı Prakriti Bharatha ilə üz-üzə gələn Keişa Fatimə Zəhra rəqibini 2:0 (21:16, 21:19) hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan o, "Cameroon International 2026" turnirinin qalibi olub.
Oxşar xəbərlər
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













