Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar
ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran Karlos Tevesin vida matçında eyni komandada oynayacaqlar.
"Report" "GOAL"a istinadən xəbər verir ki, bu barədə Karlos Teves özü açıqlama verib.
Vida qarşılaşmasının 2026-cı ilin dekabrında Buenos-Ayresdəki "La Bombonera" stadionunda keçirilməsi planlaşdırılır.
"Messi və Ronaldunu eyni komandada görmək həmişə arzum olub. Onlar bütün zamanların ən böyük futbolçularıdır. Hər ikisi ilə əlaqə saxladım, xüsusilə də Ronaldu ilə danışdım. Ona dedim ki, vida matçımda sənin və Messinin eyni komandada oynamasını istəyirəm. Bütün dünyanın bir gün bu möcüzənin şahidi olmasını arzulayıram. O, razılaşdı. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi təklifimi qəbul etdi. Çox həyəcanlıyam, bu oyun çox emosional olacaq", – deyə Teves bildirib.
Qeyd edək ki, Karlos Teves Argentina millisində Lionel Messi ilə, "Mançester Yunayted"də isə Kriştianu Ronaldu ilə birlikdə çıxış edib.
Oxşar xəbərlər
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Messi taxtını qoruyacaq, yoxsa Ronaldu arzularına çatacaq? - Tarixi turnirə geri sayım başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













