Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur"
Far.Az xəbər saytı

Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur"


Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri küçələrində kanalizasiya xəttinin olmamasından şikayətçidirlər.

Far.Az Baku TV-yə istinadən xəbər verir ki, sakinlər illərdir çirkab suların toplanması üçün həyətlərində quyular qazdırdıqlarını, lakin onların dolması nəticəsində tullantı sularının küçələrə axdığını deyirlər.

"Üç dənə quyu qazdırmışam, hərəsinə 700 manat pul vermişəm. Qoxudan, ağcaqanadların əlindən evdə oturmaq olmur", - deyə sakinlərdən biri narazılığını ifadə edib.

Onların sözlərinə görə, problem uzun illərdir davam edir və aidiyyəti qurumlara edilən müraciətlər nəticəsiz qalıb.

Məsələ ilə bağlı Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Şəhriyar qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil.

Qeyd olunub ki, qəsəbənin tam və dayanıqlı içməli su təminatının, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması məqsədilə dövlət proqramı çərçivəsində müvafiq layihələndirmə işlərinin aparılması nəzərdə tutulub.

Qurumun məlumatına görə, l

ayihələndirmə işləri başa çatdırıldıqdan və sənədlər hazırlandıqdan sonra qəsəbənin müasir tələblərə cavab verən mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu ilə təmin edilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər