Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
Far.Az xəbər saytı

Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər


Məktəb təmayül tədris modelinə keçir, 9-cu sinif şagirdləri isə məktəbdən kənarlaşdırılırlar...

Far.Az xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"in qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin valideynləri müraciət ediblər.

Onlar iddia edirlər ki, övladları doqquzillik ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanından 100-dən aşağı bal toplayıblar. Məktəb təmayül tədris modelinə keçdiyinə görə, onlara övladlarının başqa məktəblərə yönləndiriləcəyi bildirilib.

Valideynlər iddia edirlər ki, övladlarının məktəbdən kənarlaşdırılması barədə məlumat onlara bir neçə gün əvvəl verilib.

Onlar bildirirlər ki, gec xəbərdar edildikləri üçün qəsəbə daxilindəki məktəblərdə boş yer tapa bilmirlər. Peşə məktəblərinə qəbul üçün müraciət etməyə isə gecikiblər.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Məktəbin ilk günündən FOTOLAR
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər