Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə Avropa İttifaqı səviyyəsində qadağa qoyulmasını təklif edib.
"Far.Az"un "Agence France-Presse"ə istinadən verdiyi xəbərə görə, Makron bu təklifi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ünvanladığı məktubda irəli sürüb.
"Daha irəli getmək və yeni Avropa qanunvericilik aktı vasitəsilə 15 yaşdan aşağı şəxslərin sosial media platformalarına girişinə qoyulan qadağanı vahid qaydada tətbiq etmək lazımdır", – Fransa Prezidenti məktubunda bildirib.
Makronun sözlərinə görə, məhdudiyyətlər daha dəqiq müəyyən edilməli və hüquqi baxımdan tənzimlənməlidir. Bu, qaydaların milli konstitusiya məhkəmələrinin tələblərinə uyğunluğunu təmin etmək üçün vacibdir.
Qeyd edək ki, daha əvvəl Fransanın Konstitusiya Şurası analoji qadağanı ölkənin əsas qanununa zidd hesab edib. Şura qadağanın həddindən artıq geniş formada müəyyənləşdirildiyini, çoxsaylı internet resurslarını əhatə etdiyini və uşaqların fikir azadlığı hüququnu məhdudlaşdırdığını bildirib.
Makron həmçinin Avropa qanunvericiliyində sosial media platformalarında asılılıq yaradan funksiyaların müəyyənləşdirilməsi və tənzimlənməsi imkanının yaradılmasına çağırıb.
Fransa Prezidenti, eyni zamanda, sosial şəbəkələr üçün standart təhlükəsizlik tələblərinin müəyyən edilməsini, o cümlədən platformalardan istifadə müddətinə məhdudiyyətlərin tətbiq olunmasını təklif edib.
Oxşar xəbərlər
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
İran ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib
-
Öləcəyi yaşı əvvəlcədən bilən "Qorxaq" - Tanınmış sovet aktyorunun həyatından MARAQLI FAKTLAR
-
İran XİN ABŞ-ni Hörmüz boğazında gəmiçiliyi pozmaqda ittiham edib













