Bakıda qızını bıçaqlayan 69 yaşlı qadına şərti cəza verildi
Far.Az xəbər saytı

Bakıda qızını bıçaqlayan 69 yaşlı qadına şərti cəza verildi


Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən F.Vəliyevanın barəsindəki cinayət işinin bəzi detalları məlum olub.

Far.Az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, ona şərti cəza verilib.

İttihama görə, hadisə 14 yanvar 2026-cı il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü F.Vəliyeva birlikdə yaşadığı övladı, zərərçəkmiş S.Kazımova ilə məişət zəminində mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs əvvəlcə taxta parçası ilə qızının baş nahiyəsinə zərbə vurub. Bundan sonra qadın evdə olan mətbəx bıçağından istifadə edib. O, həmin bıçaqla S.Kazımovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbə endirib, müxtəlif xəsarətlər yetirib.

Hadisədən sonra F.Vəliyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər