"Milan" "Real"ın hücumçusu Endriki icarəyə götürmək niyyətindədir
İspaniyanın "Real" klubunun hücumçusu Endrik "Milan"ın (İtaliya) 2027-ci ilin qış "transfer pəncərəsi"ndə əsas hədəfi olacaq.
"Report" xarici mediaya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 20 yaşlı braziliyalı forvardı satınalma hüququ ilə icarəyə götürməyi planlaşdırır.
İtaliya klubu futbolçunu bu yay heyətə qatmaq istəsə də, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo keçidə qarşı çıxıb.
Hazırda zədəsini müalicə etdirən oyunçu 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" komandasında keçirib. O, Fransa təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Transfermarkt" portalı braziliyalı hücumçunun dəyərini 40 milyon avro qiymətləndirir. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb













