Baş katib: Süni intellekt iqlim proqnozlarının hazırlanma müddətini bir neçə dəqiqəyə endirə bilər
Far.Az xəbər saytı

Baş katib: Süni intellekt iqlim proqnozlarının hazırlanma müddətini bir neçə dəqiqəyə endirə bilər


Süni intellekt iqlim proqnozlarının hazırlanmasını bir neçə həftədən bir neçə dəqiqəyə qədər qısaltmaq, onların dəqiqliyini artırmaq və iqlim riskləri barədə erkən xəbərdarlıq sistemlərini əhəmiyyətli dərəcədə gücləndirmək qabiliyyətinə malikdir.

"Far.Az" xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) baş katibi Selesta Saulo Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2026) iştirakçılarına videomüraciətində deyib.

"Biz iqlim həlləri arsenalımızda olan bütün alətlərdən istifadə etməliyik. Süni intellekt bu imkanları gücləndirmək üçün yeni fürsətlər yaradır", - baş katib bildirib.

Onun sözlərinə görə, süni intellekt bir neçə dəqiqə ərzində proqnozlar yaratmaq, ehtimalların dəqiqliyini artırmaq və əvvəllər həftələr tələb edən hesablamalar həyata keçirmək qabiliyyətinə malikdir.

Bununla yanaşı, Saulo süni intellektdən məsuliyyətli istifadənin vacibliyini vurğulayıb.

O, Himalaydan Qafqaza qədər olan ərazidə buzlaqların davamlı olaraq geri çəkilməsinə diqqət çəkib. Onun sözlərinə görə, süni intellekt buzlaqların monitorinqinin inkişafına və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsinə kömək edə bilər.

"Bakı İqlim Həftəsi süni intellektin üstünlüklərinin hamı üçün əlçatanlığını təmin etmək üçün tələb olunan beynəlxalq əməkdaşlığı gücləndirə, investisiyalar cəlb edə və potensialı inkişaf etdirə biləcəyimiz bir platformaya çevrilməlidir", - baş katib vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər