ADY: Orta Dəhliz konteynerlərinin əks yüklənməsi üçün ixrac cəlb etməyə çalışırıq
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) hazırda konteyner daşımaları üçün yararlı olan Azərbaycanın ixrac məhsullarının əks yüklənmə prosesinə cəlb edilməsi ilə məşğuldur.
"Far.Az" xəbər verir ki, bunu ADY sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən beşinci "Qara dəniz-Xəzər Logistika Forumu 2026"da bildirib.
O vurğulayıb ki, əks yüklənmə məsələsi yalnız ADY üçün deyil, həm də Orta Dəhlizin bütün iştirakçıları üçün maraq kəsb edir, çünki məhz bu, onun dayanıqlı və uzunmüddətli inkişafının təminatıdır: "Əvvəllər əsas diqqətimiz Çin mənşəli yük axınlarının və Mərkəzi Asiya dövlətlərindən ixrac məhsullarının cəlb edilməsinə yönəlmişdi. Hazırkı mərhələdə ADY diqqətini konteynerləşdirilə bilən Azərbaycanın ixrac məhsullarının əks yüklənməyə daxil edilməsinə cəmləyib. Bu gün logistika sahəsində Azərbaycandan məhsulların ixracı zamanı mövcud konteyner parkından səmərəli istifadə etmək üçün həll yollarının axtarışı ilə məşğul olan biznes ictimaiyyətinin çoxlu sayda nümayəndəsi fəaliyyət göstərir. Bir sıra iri operatorlarla bu layihə üzrə fəal danışıqlar aparırıq".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













