"Barselona" 2025/2026 mövsümünü 18 milyon avro zərərlə başa vurub
İspaniyanın "Barselona" futbol klubu rekord həddə - 1,06 milyard avro gəlir əldə etməsinə baxmayaraq, 2025/2026 mövsümünü 18 milyon avro zərərlə başa vurub.
"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ardıcıl üçüncü maliyyə ilini zərərlə bağlayıb.
Bununla belə, klubun əməliyyat fəaliyyəti təxminən 200 min avro mənfəət gətirib. "Barselona"nın sponsorluq müqavilələrindən gəlirləri 265 milyon avroya yüksəlib. Klubun lisenziyalaşdırma və merçandayzinqlə məşğul olan bölməsi isə 208 milyon avro gəlir təmin edib ki, bu da əvvəlki illə müqayisədə 40 milyon avro çoxdur.
Lakin hesabatda klubun sponsoru olan şirkətin dəyəri 23 milyon avro azaldılaraq 116 milyon avroya endirilib. Həmçinin əvvəllər investorların ödənilməmiş öhdəlikləri səbəbindən də klub böyük itkilərə məruz qalıb.
Kataloniya təmsilçisi növbəti maliyyə ili üçün 1,195 milyard avro gəlir planlaşdırıb və təxminən 1 milyon avro mənfəət əldə etməyi nəzərdə tutub.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Azərbaycanda emala təhvil verilən məhsullar üzrə subsidiyanın əhatəsi genişləndirilir
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər













