Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı
Far.Az xəbər saytı

Bərdədə bəzi ərazilərdə içməli su ilə bağlı problem yarandı


Bərdə rayonunda bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb.

Bu barədə Far.Az-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonda yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən xətlərdə nasazlıq yaranıb.

Bununla əlaqədar Mərkəzi su anbarının su ilə doldurulmasında çətinlik yaranıb. Yaranmış nasazlıq səbəbindən anbardan su götürən bəzi ərazilərin içməli su təminatında fasilələr yaranıb.

Hazırda Füzuli, M. Rəsulzadə, Üzeyir Hacıbəyov küçələrinin 1, 2, 3, 4, 6 və 43-cü məhəllələri, Heydər Əliyev prospekti, Bakı, İsmət Qayıbov, Sabir, Nüşabə, Cəlil Məmmədquluzadə, Həzi Aslanov, M.F. Axundov, Koroğlu, Gəncə, Vaqif, Babək və Bakıxanov küçələrinin su təminatında çətinliklər müşahidə olunur.Nasazlığın aradan qaldırılması və Mərkəzi su anbarının su ilə doldurulmasının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bərdədə bəzi ərazilərin içməli su təminatında çətinlik yaranıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər