Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərib
Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstanda tədrisin Azərbaycan dilində aparıldığı ümumtəhsil məktəblərinin 2026/2027-ci tədris ilində istifadəsi üçün 22 050 ədəd dərslik göndərib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, 18 adda "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri sentyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təqdim edilib.
Proses Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir Fuad Çıraqovun iştirakı ilə baş tutub.
Dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən ölkədəki azərbaycandilli məktəblərə paylanacaq.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında ümumtəhsil müəssisələrində istifadə olunan ana dili və ədəbiyyat dərsliklərinin mübadiləsi 1996-cı ildən həyata keçirilir. Bu əməkdaşlıq 21 fevral 2022-ci ildə imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində də davam etdirilir.
Azərbaycan Gürcüstanda Azərbaycan dilində təhsil alan şagirdlər üçün dərsliklərin göndərilməsinə 1994-cü ildən başlayıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
"Gənclik Mall"da yanğın həyəcanı
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır













