IFC: Davamlı şəhər üçün enerji, su, nəqliyyat və tullantı sistemlərinə birlikdə baxılmalıdır
Davamlı şəhər üçün enerji, su, nəqliyyat və tullantı sistemləri birlikdə nəzərdən keçirilməlidir.
"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.
"Biz artıq "yaşıl bina"ların necə tikilməli olduğunu bilirik. Düşünürəm ki, davamlı materialları necə istehsal etməli olduğumuzu da bilirik. İnfrastrukturu daha yüksək davamlılıq standartlarına uyğun necə layihələndirməli olduğumuzu da bilirik. Zənnimcə, hazırkı çağırış yaxşı layihələrdən bütün şəhər bazarının fəaliyyət modelini dəyişməyə necə keçməyimizlə bağlıdır. Burada maliyyə mühüm məsələdir. Şəhərlər bölmə-bölmə fəaliyyət göstərmir, iqlim riski də, kənd təsərrüfatı və bəzi digər istisnaları nəzərə almasaq, eyni şəkildə ayrı-ayrı sahələr üzrə formalaşmır. Buna görə də maliyyələşmə baxımından vacib olan məqamları vurğulamaq istərdim. Bu, bizim təcrübəmizdə sınaqdan keçirdiyimiz və qlobal miqyasda müşahidə etdiyimiz bir yanaşmadır. Beləliklə, biz iqlim planlarından investisiya layihələri portfelinə, fərdi aktivlərdən və layihələrdən kənara çıxan konkret investisiya layihələrinə və şəhər sistemlərinin praktiki olaraq necə həll ediləcəyinə keçməliyik. "Yaşıl bina" vacibdir, lakin bu, özlüyündə davamlı şəhər demək deyil", - deyə o qeyd edib.
A.Əzimova əlavə edib ki, IFC-nin fəaliyyət göstərdiyi bazarlardakı yanaşması məhz bu istiqamətdə inkişaf edib: "Bizim "APEX Green Cities" ("APEX Yaşıl Şəhərlər") proqramımız var. Bu proqram çərçivəsində şəhərə enerji, binalar, su, tullantılar, nəqliyyat və Patrisiyanın qeyd etdiyi kimi, getdikcə daha çox süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla, vahid sistem kimi yanaşırıq. Bununla biz şəhərlərə müdaxilələrin harada daha çox lazım olduğunu və harada ən böyük iqtisadi və iqlim dəyərinin yaradıla biləcəyini müəyyənləşdirməyə kömək edirik. "APEX Green Cities" vasitəsilə Hindistan, Kolumbiya, Cənubi Afrika və bir sıra digər ölkələrin bazarlarında fəaliyyət göstəririk. Eyni sistemli yanaşmanı tətbiq etmək məqsədilə "C40" ilə də tərəfdaşlıq edirik".
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanın infrastruktur yenilənməsində əsas məsələ risklərin bölüşdürülməsidir: "Gördüyümüz ən böyük məhdudiyyətlərdən biri kapitalın və ya şəhərlərin ehtiyac duyduğu layihələr siyahısının olmaması deyil. Çatışmayan əsas məqam iqlim və şəhər planları ilə konkret əməliyyatlar arasında olan aralıq mərhələlərdir. Bura prioritetləşdirmə, layihələrin hazırlanması, aqreqasiya (birləşdirmə), risklərin müvafiq şəkildə bölüşdürülməsi və maliyyələşdirmə strukturlarının yaradılması daxildir. Zənnimcə, beynəlxalq maliyyə institutlarının və inkişaf banklarının əsas dəyəri məhz buradadır. Bu, Azərbaycan üçün son dərəcə aktualdır. Çünki ölkə hazırda enerji, nəqliyyat infrastrukturlarını, su və sanitariya sistemlərini yeniləyir və tikinti sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri olmaqda davam edir. Miqyası müəyyən edən əsas amil qaydaları dəyişə bilməyimiz, iqtisadiyyat və həmin investisiyalar üzrə risklərin necə bölüşdürülməsidir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
-
Rubio Moskva və Kiyevdəki danışıqları məzmunlu adlandırıb













