Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı
Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, Abşeron RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.
Tədbirlər zamanı həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.
Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.
Oxşar xəbərlər
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













