Bakıda Huawei, Photomate və Helind Enerji-nin birgə təşkilatçılığı ilə "FusionSolar Day Azerbaijan 2026" keçirilib
7 sentyabr 2026-cı il tarixində Bakıda "FusionSolar Day Azerbaijan 2026" tədbiri keçirilib.
Huawei, Photomate və Helind Enerji-nin birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanda günəş enerjisinin inkişaf perspektivləri, müasir enerji texnologiyaları və bərpa olunan enerji layihələrinin daha səmərəli və etibarlı idarə olunması mövzularına həsr olunub.
Bakı Marriott Hotel Boulevard-da keçirilən tədbirdə enerji sektorunun nümayəndələri, biznes tərəfdaşları və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Tədbir iştirakçıları günəş enerjisi bazarındakı aktual tendensiyalar, yeni texnoloji həllər və enerji layihələrinin inkişaf imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində yaşıl enerjiyə keçidi dəstəkləyən innovativ texnologiyalar təqdim olunub. Şirkətlərin təqdimatlarında günəş enerjisi sistemləri, enerji saxlama texnologiyaları və PV layihələrinin daha təhlükəsiz, etibarlı və səmərəli şəkildə idarə olunmasına imkan verən həllər diqqət mərkəzində olub.
"FusionSolar Day Azerbaijan 2026" həmçinin enerji sektorunda beynəlxalq və yerli əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üçün yeni imkanların müzakirə edildiyi platforma olub.
Tədbir çərçivəsində Huawei şirkəti iri miqyaslı, eləcə də kommersiya və sənaye (C&I) tətbiqləri üçün nəzərdə tutulmuş ən son FusionSolar həllərini təqdim edib. Təqdim olunan həllər smart PV sistemləri və enerji saxlama sistemlərini əhatə edib.
Bu həllər qabaqcıl güc elektronikası və rəqəmsal texnologiyaları bir araya gətirərək layihənin bütün həyat dövrü ərzində sistemlərin təhlükəsizliyini, etibarlılığını və enerji səmərəliliyini artırmağa imkan verir.
Xüsusi diqqət Huawei-nin intellektual enerji saxlama texnologiyalarına və grid-forming imkanlarına yönəldilib. Bu texnologiyalar bərpa olunan enerjinin şəbəkəyə sabit inteqrasiyasını dəstəkləmək və günəş enerjisinin payının artdığı bir şəraitdə daha dayanıqlı enerji sistemlərinin formalaşdırılmasına imkan vermək üçün nəzərdə tutulub.
Tədbir Huawei-nin qabaqcıl texnologiyalarını, Photomate-in beynəlxalq distribütor və texniki təcrübəsini, Helind Enerji-nin isə yerli bazar üzrə imkanlarını bir araya gətirərək Azərbaycanda günəş enerjisinin gələcəyinə dair vahid əməkdaşlıq modelini nümayiş etdirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər
-
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı













