Kuala-Lumpurdakı festivalda Azərbaycan haqqında məlumat verilib
Azərbaycan Malayziyanın paytaxtı Kuala-Lumpurun "Fairview International School Kuala Lumpur"da keçirilən "Harmoniyada İrs – Gəlin Mədəniyyətləri Birlikdə Qeyd Edək" adlı "Beynəlxalq Mədəniyyətlərarası Gün" festivalında təmsil olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Malayziyada yaşayan, övladları bu məktəbdə təhsil alan Azərbaycan icmasının üzvləri tərəfindən təşkil edilən stend ölkənin zəngin mədəni irsini nümayiş etdirib. Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri barədə ətraflı məlumat verilib və onlar milli yeməklərə qonaq ediliblər", - paylaşımda bildirilib.
Qeyd olunub ki, Azərbaycan stendində həmçinin suvenirlər və kəlağayı nümayiş etdirilib.
#Azerbaijan was represented at the “International Intercultural Day” festival titled “Heritage in Harmony – Let’s Celebrate Cultures Together” held at the Fairview International School Kuala Lumpur @fairviewplc
— AzEmbassyMalaysia (@AzEmbMalaysia) September 9, 2026
Supported by @AzEmbMalaysia , and organized by the members of the… pic.twitter.com/Qst4NcvKlq
Oxşar xəbərlər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
"Buckswood School Baku" fəaliyyətə başladı
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













