"QHT işi": Qalib Bayramova şərti cəza verildi
"QHT işi" üzrə ittiham olunanlardan daha birinin - vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Q.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona 3 il sınaq müddəti seçilməklə şərti cəza təyin edib.
Xatırladaq ki, dövlət ittihamçısı Qalib Bayramovun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq müddətində onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır













