SOCAR Xəzərdəki köhnə quyulardan neft sızıntılarının qarşısının alınması üçün proqram hazırlayacaq
Xəzər dənizindəki köhnə quyuların törətdiyi neft sızıntıları ilə əlaqədar xüsusi proqramın hazırlanması nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində bildirib.
Onun sözlərinə görə, neft sızıntıları Xəzərin ən ciddi ekoloji problemlərindən biri hesab olunur: "Sovet dövrünün mirası olaraq bizdə belə quyulardan on minlərlə mövcuddur. Güman edirik ki, onların müəyyən hissəsindən neft və qaz sızması baş verir. Bu məsələ kommersiya nöqteyi-nəzərindən son dərəcə mürəkkəbdir. Bir sıra şirkətlər bu prosesi kommersiyalaşdırmaq istiqamətində cəhdlər göstərib. Çoxtərəfli İnkişaf Banklarının (MDB) dəstəyi olmadan bunu reallaşdırmaq demək olar ki, mümkün deyil. Məhz buna görə son illər ərzində biz Dünya Bankına və digər MDB-lərə müvafiq proqram, o cümlədən Tədqiqat və İşlənmə (R&D) proqramı hazırlamaq təklifi ilə müraciət edirik. Onlar bu təşəbbüsü olduqca müsbət qiymətləndirirlər.
Biz dövlət müəssisəsi statusuna malikik, lakin özəl sektorla çox sıx qarşılıqlı əməkdaşlıq həyata keçiririk. Gündəlik fəaliyyətimizdə neft və qaz sektorunda yüzlərlə, minlərlə şirkətlə birgə işləyirik. Onlardan bəziləri enerji, bərpa olunan enerji mənbələri və digər əsas enerji istehsalı sahələrinə transformasiya prosesindən keçəcək. Yeni müəssisələr meydana gələcək. Buna görə də sizin səfərbərliyə dəstək verməyiniz son dərəcə əhəmiyyətlidir. Standartlar, yanaşmalar, texnologiyalar, tədqiqat və işlənmələr baxımından MDB-lərin yardım göstərməsi zəruridir".
Ə. İsayev bildirib ki, bu prosesdə SOCAR-ı dəstəkləyəcək Dünya Bankı, Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə danışıqlar aparılıb.
"Həm onlar, həm də digər qurumlar dəstək verəcəklərini ifadə ediblər. Hesab edirəm ki, bu, həm Xəzər, həm də bütövlükdə dünya üçün ən mühüm məsələlərdən biridir. Niyə də bu təşəbbüsə məhz Xəzərdən başlamayaq, nəzərə alsaq ki, ekoloji və iqlim problemləri nə vətəndaşlıq, nə sərhəd, nə də ölkə tanıyır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır













