Xalq artisti Aleksandr Şarovski dəfn edilib
Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.
Xatırladaq ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
***15:20
Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, nazirlik nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
Vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.
*** 14:26
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Akademik Rus Dram Teatrında baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.
*** 10:45
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.
*** 09:47
Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.
BAKU.WS xəbər verir ki, rejissorun vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.
"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!" - Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zərdabda yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
-
ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır
-
Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir
-
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
-
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
-
Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır













