Vəli Qasımov: "Sabah" son görüşlərdəki kimi rahat oynasa, Mançesterdə uğurlu nəticə qazana bilər"
"Sabah" son görüşlərdəki kimi rahat oynasa, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin "Mançester Yunayted" komandasına qarşı keçirəcəyi matçda uğurlu nəticə qazana bilər.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.
O, "Sabah"ın turnirin əsas mərhələsinə vəsiqə qazanmasını böyük nailiyyət adlandırıb:
"Proqnoz vermək çətindir, lakin "Sabah"ın bura qədər yüksəlməsi böyük uğurdur. Kollektiv öz oyunu ilə bu mərhələyə gəlib çıxıb. İndi rəqiblər çox güclüdür. Amma yenə də iddialı rəqiblə qarşılaşmaq daha yaxşıdır. Onlara qarşı daha rahat oynamaq mümkündür. Çünki oyunçular belə komandalarda çıxış edə biləcəklərini də sübut etmək istəyirlər. Ona görə də bu cür qarşılaşmalar çox maraqlı keçir. Heyətin bu səviyyədə mübarizə aparmaq təcrübəsi olmasa da, son görüşlərdəki kimi rahat oynasa, uğurlu nəticə qazanması mümkündür".
V.Qasımov paytaxt təmsilçisinin taktiki sistemini dəyişməməli olduğunu bildirib:
"Kollektiv öz oyununu nümayiş etdirsə, qarşılaşma onlar üçün daha rahat keçəcək. Sistem dəyişdirilsə, problemlər yarana bilər. Böyük komandalar tanınmayan, yeni yaranan rəqiblərlə görüşdə bəzən arxayınlaşa bilərlər. Belədə oyunları istədikləri şəkildə alınmaya bilər".
"Neftçi"nin keçmiş baş məşqçisi "Sabah"ın turnirdə xal qazanacağına inandığını söyləyib:
"Kənardan baxanda rəqiblər güclü görünür və elə təəssürat yaranır ki, xal qazanmaq çətin olacaq. Lakin "Sabah" öz oyununu göstərsə, xal yığacaq. Dəqiq kimdən xal qoparacağını demək çətindir, çünki çətin matçlar çoxdur. Amma belə kollektivlərə qarşı çıxış etmək və təcrübə toplamaq həm oyunçular, həm məşqçilər, həm komanda, həm də Azərbaycan futbolu üçün vacibdir. Kollektivin böyükhesablı yenilgi ilə üzləşəcəyinə inanmıram".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













