Premyer Liqa: "Səbail" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Far.Az xəbər saytı

Premyer Liqa: "Səbail" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib


Misli Premyer Liqasının XIII turunun "Səbail" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib.

"Report" xəbər verir ki, "ASCO Arena"da reallaşan qarşılaşmada heç-heçə qeydə alınıb.

Hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar yalnız final fitinə 4 dəqiqə qalmış məğlubiyyətdən xilas ola biliblər. Faiq Hacıyev komandasına 1 xal qazandıran qolun müəllifi olub.

Turnir cədvəlində "Turan Tovuz" 26 xalla üçüncü, "Səbail" 8 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda "Neftçi" "Şamaxı" ilə bərabərə qalıb - 2:2.

Oxşar xəbərlər

Premyer Liqa: "Səbail" "Turan Tovuz"la qarşılaşıb
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6
"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər