Kristian Roder: "Orta Dəhliz marşrutunun əsas problemi informasiya mübadiləsidir"
Orta Dəhliz marşrutu ilə bağlı əsas problem informasiya mübadiləsidir.
"Far.Az" xəbər verir ki, bunu "APM Terminals Poti"nin icraçı direktoru Kristian Roder (Christian Roeder) jurnalistlərə açıqlamasında bildirib.
"Düşünürəm ki, tranzit vaxtlarını qısaltmaq və artıq malik olduğumuz potensialı üzə çıxarmaq üçün hər birimizin dəhliz boyunca vacib informasiyanın ötürülməsini təmin edərək daha yaxşı işləyə biləcəyik. Məhz buna görə də hər kəsin bu bir neçə gündə Bakıda bir arada olması, bir-birini tanıması və müəyyən məlumatlara ehtiyac duyulduqda kiminlə danışacağımızı bilməyimiz çox yaxşıdır", - o vurğulayıb.
K.Roeder qeyd edib ki, son illərdə Bakı vasitəsilə daşınan məhsulların, daha sonra isə Gürcüstan limanlarından keçən yüklərin həcmi xeyli artıb: "Biz illərdir ki, Bakı Beynəlxalq Dəniz Limanı, həmçinin "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlığımızı genişləndirmişik. Bu sahələrdə əlaqələrin həqiqətən də yaxşı irəlilədiyinin şahidi oluruq. Düşünürəm ki, biz tərəfdaşlarımızla birlikdə Orta Dəhliz layihəsini davamlı olaraq təkmilləşdiririk".
Qazaxıstan Nəqliyyat Nazirliyinin statistik məlumatına əsasən, bu marşrutla yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.
Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib və 2027-ci ilə qədər bu göstəricinin daha 10 % artması gözlənilir. 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar yaradacaq.
2026-cı ilin yanvar-avqust aylarında Orta Dəhlizlə 53 574 TEU yük (il ərzində 10,86 % artıb) daşınıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar üzrə 2030-cu ilin hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Dəmir Yolları: 145 illik zəfər marşrutu və geosiyasi uğur hekayəsi
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













