UEFA Çempionlar Liqası: "Mançester Yunayted" "Sabah"la oyunda hesabı açıb - CANLI YAYIM
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Mançester Yunayted" "Sabah"la oyunda hesabı açıb - CANLI YAYIM


İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda ilk qol vurulub.

BAKU.WS xəbər verir ki, "Old Trafford" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar - 1:0.

27-ci dəqiqədə Mateus Kunya fərqlənib.

***23:00

"Sabah" futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxır.

BAKU.WS xəbər verir ki, təmsilçimiz ilk matçda İngiltərənin "Mançester Yunayted" klubunun qonağıdır.

İngiltərənin məşhur "Old Trafford" stadionunda keçirilən qarşılaşma başlayıb.

***21:53

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Mançester Yunayted" (İngiltərə) və "Sabah" komandalarının start heyətləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Mançester Yunayted": Semme Lannes, Mateus Kunya, Leni Yoro, Lisandro Martines, Nussair Mazraui, Yuri Tilemans, Kobbi Meynu, Brayan Mbyomo, Brunu Fernandeş, Patrik Dorqu, Benyamin Şeşko

"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Kristian Nvaçuvky, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris

Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər