Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
Far.Az xəbər saytı

Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək - EKSKLÜZİV


Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.

Bu barədə "Report"un Xankəndiyə ezam olunmuş müxbirinə diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Xankəndiyə gələn turistlərin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər