Azərbaycanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 334 mindən çox şəxs qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 364 669 şəxs qəbul edilib və onlara 601 524 sayda xidmət göstərilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 55 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 18,8 min sayda yazılı müraciət cavablandırılıb, 18 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 3 534 vergi ödəyicisinin iştirakı ilə 255 görüş keçirilib, 4 438 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3,2 milyon SMS göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 582 mindən çox şəxs qəbul edilib
Azərbaycanda 4 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 204 mindən çox şəxs qəbul edilib
Azərbaycanda 5 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 241 minə yaxın şəxs qəbul edilib
Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 277 minə yaxın şəxs qəbul edilib
Azərbaycanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 331 mindən çox şəxs qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
UEFA Millətlər Liqası: Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub olub













