Mingəçevirdə sanitariya-gigiyena qaydalarını pozanlara qarşı tədbirlər görülüb
Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Far.Az”a bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qəbələdə ətraf mühiti çirkləndirənlər cəzalandırılıb
Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib - FOTO
Dəniz sahilini zibilləyənlər cərimələnib
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













